Rati Breqadze – "Milli Hərəkat"ın kilsəyə, fərqli rəyə olan münasibətinə hamımız şahid olduq, onlar özlərini mələk kimi göstərməyə çalışan bolşeviklərdir
Gürcüstanın ədliyyə naziri Rati Breqadze, “Milli Hərəkat”ın kilsəyə və fərqli rəyi olan insanlara münasibətinə hamının şahid olduğunu bildirib.
Breqadze bildirib ki, fərqli rəyə görə insanlara sözün əsl mənasında işgəncə verilirdi.
“Cəmiyyət üçün yad heç nə yoxdur. Bir daha deyirəm, onlar hazırda Avropa İttifaqının bayrağına bürünmüş və cəmiyyətə özlərini mələk kimi göstərməyə çalışan bolşeviklərdir. Əslində bu şəxslər insanlara işgəncə verən rejimi təmsil edirlər, bunun çoxlu sübutları var. Bu, sistemin insanlara təcavüz etmək hüququnun əsasını qoyan rejimdir” – deyə Rati Breqadze yayılmış gizli səs yazılarını qiymətləndirərkən deyib.