Rati Breqadze - ərazilərin tam işğaldan azad edilməsini nəzərdə tutan arzumuzun sonadək həyata keçməsi üçün hər birimiz mübarizəmizi davam etdirməyə hazırıq
Rati Breqadze - ərazilərin tam işğaldan azad edilməsini nəzərdə tutan arzumuzun sonadək həyata keçməsi üçün hər birimiz mübarizəmizi davam etdirməyə hazırıq

 
Ərazilərin tam işğaldan azad edilməsini nəzərdə tutan arzumuzun sonadək həyata keçməsi üçün hər birimiz mübarizəmizi davam etdirməyə hazırıq-bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze Qoridə Milli Müdafiə Akademiyasında yunkerlərlə görüşdən sonra bildirib.

“Gürcüstan həqiqəti sübut etmək üçün mübarizəni davam etdirdi və əminliklə demək olar ki, Gürcüstan həm 2008-ci ilin müharibəsində, həm də istənilən digər təcavüz zamanı haqlı idi və həqiqət başdan sona qədər Gürcüstanın tərəfindədir. Təbii ki, bütün bunlar yenidən mübarizəyə ehtiyac duyur, ərazilərin tam işğaldan azad edilməsini və beynəlxalq normalar tərəfindən tanındığı kimi, Gürcüstanın suverenliyinin ölkənin bütün əraziləri üzərində yayılmasını nəzərdə tutan arzumuzun sonadək həyata keçməsi üçün hər birimiz mübarizəmizi davam etdirməyə hazırıq ” – deyə Rati Breqadze bildirib.