Rati Breqadze - Demokratiyanı gücləndirəcək qanunu dəstəkləyən deputata, hökumət üzvünə və ya istənilən başqa şəxsə hansı əsasla sanksiya tətbiq edilməsi anlaşılmazdır
Şəffaflıq qanunu Gürcüstanın daxili işidir və məqsədi şəffaflığı təmin etməkdir-bu haqda ədliyyə naziri Rati Breqadze deyib.
O, şəffaflığın istənilən demokratik cəmiyyət üçün zəruri olduğunu bildirib.
“Gürcüstanda demokratiyanı gücləndirəcək qanunu dəstəkləyən deputat, hökumət üzvünə və ya istənilən başqa şəxsə hansı əsasla sanksiya tətbiq edilməsi tamamilə anlaşılmazdır. Bu, tamamilə inanılmazdır”- Breqadze açıqlayıb.