Ramilə Əliyeva - "Rəngarəng Gürcüstan", indiyə qədər Gürcüstanda analoqu olmayan bir layihə olacaq
İctimai Yayımçının, indiyə qədər analoqu olmayan ən əhəmiyyətli layihələrindən biri “Rənqarəng Gürcüstan” layihəsi başlayır.
Bu barədə məlumatı “Rəngarəng Gürcüstan” layihəsinin müəllifi Ramilə Əliyeva Birinci Kanalın “Maka Tsintsadze ilə aktual mövzu” adlı verlişində verdi.
“İctimai Yayımçının birbaşa öhdəliyidir ki, Gürcüstanda yaşayan bütün vətəndaşlara, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz dillərində kifayət qədər məlumat versin. Hərkəs bilir ki, ölkəmizdə dövlət dilini bilməyən insanların sayı hələdə çoxdur, İctimai Yayımçının öhdəliyidir ki, milli azlıqlar üçün onların ana dilində medya-produkt hazırlasın və həmçinin, etnik azlıqlara aid məsələlərin gürcü medya sahəsində inteqrasiyasını təmin etsin. “Rəngarəng Gürcüstan” məhz bu məqsədlə hazırlanan layihədir” – dedi Ramilə Əliyeva.
Onun dediyinə görə, yeni sezondan İctimai Yayımçının yeddi dildə informasiya təqdim edən veb-platforması 1tv.ge-də, azərbaycan və erməni dillərində onlain yayım başlayacaq.
“İlk mərhələdə erməni və azərbaycan dilində yayım olacaq. Gün ərzində, saat 10:00-dan 00:00 saata qədər 12 saatlıq kəsilməyən birbaşa yayım olacaq. Saatda bir dəfə isə, azərbaycan və erməni dillərində obyektvi və vaxtında hazırlanan xəbərlər buraxılışı “Moambe” yayımlanacaq. Həmçinin, təhsil və əyləncə verlişləri hazırlanacaq. Bundan əlavə, İctimayi yayımçıda efirə çıxan maraqlı və əhəmiyyətli layihələr tərcümə olunub, azərbaycan və erməni dillərində veriləcək” – dedi Ramilə Əliyeva.

“Yerli medya ilə sıx əməkdaşlığımız olacaq və maraqlı layihələrimizdən biri də klasik gürü filmlərinin azərbaycan və erməni subtitrləri ilə saytımızaə yerləşdirilməsi olacaq ki, izləyicimiz gürcü kinosunun tarixi ilə daha yaxından tanış olsunlar” – dedi Ramilə Əliyeva.