Ramilə Əliyeva - İctimaiyyətdə belə bir fikir var ki, müvəffəqiyyətli qadının arxasında mütləq atası və ya həyat yoldaşı durur
“İctimaiyyətdə belə bir fikir var ki, əgər qadın müvəffəqiyyətlidirsə, onun arxasında mütləq atası, ya da həyat yoldaşı durur, çünki kişi qadına bir zəmanət olaraq lazımdır, – bu bəyanatı jurnalist Ramilə Əliyeva Birinci Kanalın “Maka Tsintsadze ilə aktual mövzu” verlişində verdi.
“Bu doğru fikir deyil və birəz də təhqir edicidir. Bir çox güclü qadın nümunələrini bilirik və hətta bu verlişin qonağı olan qadınlara baxaraq da görürük ki, qadınlar çox güclü ola bilərlər” – dedi Ramilə Əliyeva.
Onun dediyinə görə, qadının cəmiyyətdə özünü təsdiqləməsi müəyyən problemlərlə bağlıdır, çünki cəmiyyətin inkişafına baxmayaraq, yenə də bir çox mövzulara tabu qoyulub.
“Biz hələ də stereotiplərlə düşünürük və hesab edirik ki, qadın müəyyən peşələri seçməməlidir, məsələn, bankdan böyük miqdarda pul götürüb, biznesə başlamamalıdır və sairə; və bütün bunlar çox təəssüf edicidir” – dedi Ramilə Əliyeva.
Jurnalist peşəsini seçərkən hərhansı bir problemlərlə qarşılaşıb-qarşılaşmadığı haqqında aparıcı tərəfindən verilən sualı cavablandırarkən, Ramilə Əliyeva bəyan etdi ki, bu baxımdan ciddi problemlə üzləşməyib.
“İlk mərhələdə, gürcü dilini mükəmməl öyrənənə qədər, tək problemim gürcü dilini, gürcü kolleqalarım kimi bilməmək idi, digər çətinliklərim olmayıb. Jurnalistika onsuz da, qadınların dominant olduğu bir sahədir” – dedi Ramilə Əliyeva.