Raçada kurort və təbii fəlakət zonasından 150-yə qədər nəfəri çıxartdılar
Raça-Leçxumi və Kvemo-Svaneti qubernatoru Arçil Caparidzenin məlumatına görə, təbii fəlakət nəticələrinin likvidasiya işlərinə paralel olaraq, kurort və təbii fəlakət zonalarından vətəndaşların çıxardılması və əhalinin qida və medikamentlərlə təmin edilməsi davam edir.
Onun dediyinə görə, hazırda mərkəzi maqistralda kritik obyektin əlavə yolunun bərpası işləri aparılır.
“Zərəri hesab edə bilmirik, çünki çox böyükdür və tam hesablanması üçün bir neçə gün lazım olacaq” – dedi Arçil Caparidze.