Raqbi İttifaqında atışma baş verdi, bir nəfər yaralanıb
Raqbi İttifaqında atışma baş verdi, bir nəfər yaralanıb

Gürcüstanın Raqbi İttifaqının binasında bugün atışma baş verdi.

Bu haqda məlumatı Birinci Kanal ilə söhbət zamanı Raqbi İttifaqının prezident vəzifəsinin icraçısı Tornike Qoqebaşvili təsdiqlədi.

Onun dediyinə görə, yaralanan şəxs təşəbbüs qrupunun üzvlərindən biri olan Ramaz Xarazişvilidir.

“Atəş edən şəxsin Raqbi İttifaqı ilə heç bir əlaqəsi yoxdur. Buraya da təsadüfən gəldi. Görünür ki, kimisə axdarırdı. Digər təfərrüatları mən də bilmirəm. İstintaq aparılır. Ramaz Xarazişvilinin ayağında kiçik yaralanma var, ancaq vəziyyəti normaldır. Hazırda Raqbi İttifaqının bütün üzvləri istintaqla əməkdaşlıq edirlər” – dedi Tornike Qogebaşvili.

Qogebaşvilinin məlumatına görə, hələ kimsə həbs edilməyib.