Radka Betçeva - Gürcüstanın İctimai Yayımçısının reorqanizasiyasına və inkişafına xidmət edən qanunun qəbul edilməsini salamlayırıq
Radka Betçeva - Gürcüstanın İctimai Yayımçısının reorqanizasiyasına və inkişafına xidmət edən qanunun qəbul edilməsini salamlayırıq

“Düşünürük ki, Gürcüstan parlamenti tərəfindən qəbul edilən “yayımçılıq haqqında” qanun müsbətdir və kanalın funksiyasına müsbət təsir verəcək”, – bu barədə bəyanatı Avropanın Yayımçılar İttifaqının Şərq avropa ölkələri ilə əlaqələr rəhbəri Radka Betçeva Birinci Kanala parlament tərəfindən prezidentin qoyduğu vetonun aradan qaldırılmasından sonra verdi.

Betçevanın dediyinə görə, Gürcüstanın İctimai Yayımçısı Avropanın Yayımçılar İttifaqının dəyərli bir üzvüdür, hansı ki, onun dediyinə görə, son illərdə böyük tərəqqiyə nail oldu.

“Biz diqqəti üç məsələyə yetirdik, alışlar proseduru, qəyyumlar şurası və menecmentin ayrı olması və reklam məsələsi. Düşünürəm ki, qanunvericilər tərəfindən qəbul edilən qərar hər üç məsələyə müsbət təsir göstərəcək, çünki qanunlayihə hər üç məsələyi də əhatə edir, eləcədə İctimai Yayımçıdaki islahatları. Zamanında biz Gürcüstan parlamentinin üzvləri ilə görüşdük və onlara məsələ ilə bağlı rekomendasiyalar verdik. Qəbul edilən qanunu salamlayırıq”, – dedi Radka Betçeva.

Radka Betçevanın dediyinə görə, Avropanın Yayımçılar ittifaqının üzv ölkələrində İctimai Yayımçının maliyyələşdirilməsinin bir neçə fərqli modeli olur.

“Düşünürəm ki, bu çox yaxşı bir modeldir yayımçı üçün. Avropanın bir çox İctimai Yayımçısı məhz sizin seçdiyiniz model ilə maliyyələşdirirlir” – dedi Betçeva.