Qurumlararası Koordinasiya Şurasının qərarı ilə,Bolnisi Munisipalitetinin bir neçə kəndində  ciddi karantin məhdudiyyətləri sabahdan qaldırılır
Qurumlararası Koordinasiya Şurasının qərarı ilə,Bolnisi Munisipalitetinin bir neçə kəndində  ciddi karantin məhdudiyyətləri sabahdan qaldırılır

Gürcüstanın Baş naziri,Q.Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarı ilə,epidemioloji vəziyyətin analizi əsasında ,sabahdan,mayın 19-dan ,Bolnisi Munisipalitetinin bir neçə kəndində ciddi karantin məhdudiyyətləri qaldırılacaq.

Bolnisi  Munisipalitetinin-Naxiduri,Parizi,Tsurtavi,Daba Tamarisi,Xidisğuri,Muxrana,Balaxauri və Mtsğneti kəndlərində karantin rejimi ləğv olunur.Sadalanan kəndlərdə ,bütün Gürcüstan ərazisində tətbiq olunan ,fövqəladə vəziyyət rejimi ilə təyin olunmuş digər məhdudiyyətlər  qüvvədə qalır.

Hazırladı-Sevinc Mustafayeva