Quriyada üzrə dövlət qəyyumu - Fəlakət bölgəsində elektrik enerjisinin və təbii qazın bərpası istiqamətində işlər aparılır, əhali ilə əlaqədəyik
Quriyada üzrə dövlət qəyyumu - Fəlakət bölgəsində elektrik enerjisinin və təbii qazın bərpası istiqamətində işlər aparılır, əhali ilə əlaqədəyik

Quriyada üzrə dövlət qəyyumu Qiorqi Uruşadzenin sözlərinə görə, hazırda təbii fəlakət zonasında elektrik enerjisinin və təbii qazın bərpası istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına bütün müvafiq xidmətlər cəlb olunub.

“Quriyada təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri fəal şəkildə aparılır. Bütün müvafiq xidmətlər cəlb olunub, texnika səfərbər olunub. Şəhər meriyalarında və Dövlət Müvəkkilinin aparatında qaynar xətt fəaliyyət göstərir. Əhali ilə daimi ünsiyyətdəyik. Fövqəladə qərargah iclası keçirildi və bir daha aidiyyatı xidmətlərdən məlumat aldıq. Həm “Energo Pro Georgia”, həm də “SOCAR Georgia Gas” şirkətlərinin nümayəndələri regionda fəal işləyirlər ki, rabitə mümkün qədər tez bərpa olunsun, əhalinin elektrik enerjisi və təbii qazdan istifadə etmək imkanı olsun”, – Qiorqi Uruşadze bildirib.

Quriya bölgəsində baş verən təbii fəlakət nəticəsində 3 nəfər ölüb. Güclü yağış nəticəsində bir neçə kənddə evlərin birinci mərtəbələrini, həyətyanı sahələri və əkin sahələrini su basıb.