Quriya üzrə Dövlət Qəyyumu - fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin mümkün qədər effektiv və tez başa çatdırılması üçün bütün tədbirlər görüləcək
Quriya üzrə Dövlət Qəyyumu - fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin mümkün qədər effektiv və tez başa çatdırılması üçün bütün tədbirlər görüləcək

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin mümkün qədər effektiv və tez başa çatdırılması üçün bütün tədbirlər görüləcək, – Quriya bölgəsi üzrə dövlət qəyyumu Qiorqi Uruşadze bildirib.

Onun sözlərinə görə, hökumət əhali ilə fəal ünsiyyət qurur və bütün bildirişlərə vaxtında cavab verir.

“Bildiyiniz kimi, təbii fəlakət Quriya bölgəsində, Lançxuti və Ozurqeti bələdiyyələrinə xeyli ziyan vurub. Bununla bağlı müvafiq tədbirlər görülür. Bütün müvafiq xidmətlər səfərbər edilib, həm Ozurgeti bələdiyyəsi meriasında, həm də Lançxuti bələdiyyəsi meriasında qaynar xətt fəaliyyət göstərir. Dövlət Qəyyumluğunun İdarəetmə Xidməti cəlb olunub. Mərkəzi hökumətdən hökumət administrasiyasının nümayəndələri buradadırlar. Əhali ilə aktiv ünsiyyətdəyik, bütün bildirişlərə imkan daxilində cavab verilir, vətəndaşlarımız təhlükəsiz mühitə köçürülür. Yolların, işıq, qaz və su təchizatının bərpası işləri davam etdirilir. Fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin mümkün qədər effektiv və tez başa çatdırılması üçün bütün tədbirlər görüləcək”, – Qiorqi Uruşadze bildirib.

Bundan başqa, Qiorqi Uruşadze yayılan məlumatlara belə cavab verib ki, guya fəlakət bölgəsində reaksiya gecikib və əhali illərdir sürüşməyə meyilli zonada yaşayır və hökumət buna əhəmiyyət vermir.

“Biz belə bir faktı təsdiq edə bilmərik. Sürüşmə təhlükəsi olan və evakuasiya edilməli olan ərazilərdə bütün müraciətlərə mütləq cavab verilir. Bizim dövlət proqramımız var və bu proqramdan çoxlu benefisiarlar faydalanır, faydalanıb və gələcəkdə də faydalanacaq. Biz bilirik ki, Quriya rayonunda sürüşmə təhlükəsi olan ərazilər var və bununla bağlı hələ də geoloqlar yerindəcə səfərbər olunub, vəziyyəti öyrənirlər və müvafiq tədbirlər görüləcək. Əhalinin təhlükəsiz yerə köçürülməsinə gəlincə, dövlət maliyyəni tam təmin edəcək”, – Quriya qubernatoru bildirib.