Quriya bölgəsi üzrə dövlət müvəkkili -zərərin maksimal olaraq az olması və qısa müddət ərzində nəticələrinin aradan qaldırılması üçün hər şey edilir, əhalinin istənilən ehtiyacı qarşılanacaq
Zərərin maksimal olaraq az olması və qısa müddət ərzində nəticələrinin aradan qaldırılması üçün hər şey edilir-bu barədə Quriya bölgəsi üzrə dövlət müvəkkili Qiorqi Uruşadze danışıb.
O, əhali ilə daim əlaqələrinin olduğunu və onların istənilən ehtiyacının qarşılanacağını bildirib.
“Bol yağıntı Lançxuti və Ozurqeti munisipalitetlərinə kifayət qədər böyük ziyan vurub. Sürüşmə prosesləri inkişaf edib. Yol infrastrukturu zərər görüb, körpüləri sel aparıb. Təəssüf ki, fəlakət qurbansız ötüşmədi. İki nəfər dünyasını dəyişib, biri yeniyetmə, digəri isə ahıl insan. Bir yeniyetmənin axtarışları davam edir. Bütün müvafiq texnika və qurumlar səfərbər olunub. Xilasetmə xidmətinin , eləcə də yerli munisipalitetin nümayəndələri, dövlət müvəkkilinin administrsiyası insanlarla daim ünsiyyətdədir və dəyən zərərin maksimal olaraq az olması və qısa müddət ərzində nəticələrinin aradan qaldırılması üçün hər şey edilir. Bütün insanlarla daim ünsiyyət qurulur və onların istənilən ehtiyacı qarşılanacaq”- Qiorqi Uruşadze bildirib.