Quriya bölgəsi üzrə dövlət müvəkkili - bu günədək 1400-dən çox ailəyə yardım edilib və bu proses lazım olana qədər davam edəcək
Quriya bölgəsi üzrə dövlət müvəkkili - bu günədək 1400-dən çox ailəyə yardım edilib və bu proses lazım olana qədər davam edəcək

 
Lançxuti və Ozurqeti munisipalitetlərində təbii fəlakətdən zərər çəkmiş vətəndaşlar üçün humanitar yardımın toplanması davam edir. Sözügedən aksiyaya Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi də qoşulub.

“Quriya bölgəsində təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım məqsədilə humanitar yüklərin yığılması davam edir, Raça-Leçxumi və Kvemo Svaneti bölgələri də bu prosesə qoşulub.

Bu çətin zamanda Quriyaya dəstək olan bütün bölgələrə və munisipalitetlərə təşəkkür etmək və vətəndaşlarımızla həmrəy olduğumuzu bildirmək istəyirəm.

Bu günədək 1400-dən çox ailəyə yardım edilib və bu proses lazım olana qədər davam edəcək”- deyə Quriya bölgəsi üzrə dövlət müvəkkili Q.Uruşadze bildirib.