Quram Macharaşvili - Müxalifət tərəfdarlarını parlament yaxınlığına yığdı, gecəni oyaq saxlatdı, özləri isə yenə də komitəyə gecikdilər
Quram Macharaşvili - Müxalifət tərəfdarlarını parlament yaxınlığına yığdı, gecəni oyaq saxlatdı, özləri isə yenə də komitəyə gecikdilər

 
Müxalifət gecə saat ondan tərəfdarlarını parlament yaxınlığına yığdı, gecəni oyaq saxlatdı, özləri isə yenə də komitəyə gecikdilər-bu haqda “Xalqın Gücü” partiyasının üzvü Quram Macharaşvili deyib.

Macharaşvilinin media ilə söhbəti zamanı dediyi kimi, komitənin iclasında iştirak etmək üçün heç bir müqavimətlə şəxsən qarşılaşmayıb.

“Doqquza on beş dəqiqə işləmiş evdən çıxdım və doqquza on beş dəqiqə qalmış parlamentə gəldim. Müxalifət gecə saat ondan orda dayanmışdı və komitəyə gecikdi. Bu, reallıqdır. Komitə iclası planlaşdırıldığı kimi saat doqquzda başladı. Məruzəçi redaksiya iradlarının olub-olmadığını soruşdu. İradlar yox idi və bundan sonra səsvermə proseduruna keçdik. Komitə iclası bitdi, bayıra çıxdıq və müxalifət işvə edirdi- bəziləri sol tərəfdə, bəziləri sağ tərəfdə başını əymişdi və jurnalistlərə işvə edirdilər. Onlar tərəfdarlarını gecə saat ondan ora yığdıqlarına, bütün gecəni oyaq saxlatdıqlarına və özləri isə yenə də komitəyə gecikdiklərinə görə narahat idilər” – deyə Quram Macharaşvili bildirib.

Parlamentin Hüquq Məsələləri Komitəsi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Müxalifət iclasda iştirak etməyib. Müxalifət təmsilçiləri deputatlara parlamentə daxil olmaq imkanının verilmədiyini bildiriblər.