Quram Macharaşvili -Metyu Millerin obyektiv olduğuna zənnimcə artıq heç kim inanmır, gürcü cəmiyyəti onun bəyanatını təhqir kimi qəbul edir
Gürcü cəmiyyəti Millerin bəyanatını təhqir kimi qəbul edir-bu haqda “Xalqın Gücü” partiyasının üzvü Quram Macharaşvili deyib.
Macharaşvili, “Təkcə parlamentdə müzakirə olunan qanunvericilikdən deyil, həm də “Gürcü Arzusu”nun rəhbərliyindən eşitdiyimiz anti-Qərb ritorikasından inanılmaz dərəcədə narahatıq” deyə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin verdiyi bəyanata münasibət bildirib.
“Metyu Millerin obyektiv olduğuna zənnimcə artıq heç kim inanmır. Sən demə Gürcüstanda şəffaflıq ola bilməz və bu, Amerikada yolveriləndir. Eyni zamanda Amerikanın Prezidenti ölkəsində polislər tərəfindən aksiyanın zorakılıqla dağıdılmasının yolverilən olduğu haqda bəyanat verdi və sən demə Gürcüstanda yolverilməzdir. Bu ikili standartdır. Bundan irəli gələrək, Millerin bu bəyanatının gürcü cəmiyyətinin bunu təhqir kimi qəbul etməsindən başqa izahı yoxdur”- deyə Quram Macharaşvili bildirib.