Quram Macharaşvili - Avropa dəyərlərini istəyirik və gürcü qaydasında yaşayacağıq, suverenliyimizi heç kimə güzəştə getməyəcəyik
Quram Macharaşvili - Avropa dəyərlərini istəyirik və gürcü qaydasında yaşayacağıq, suverenliyimizi heç kimə güzəştə getməyəcəyik

 
Təəssüf ki, rəqibimiz yoxdur, ölkənin suverenliyi və dəyərlərinə qarşı mübarizə aparan insanlar Gürcüstanın rəqibidirlər -bu haqda “Xalqın Gücü”nün üzvü Quram Macharaşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Macharaşvili, Gürcüstanın Avropa dəyərlərini istədiyini bildirib.

“Avropa sivilizasiyası və mədəniyyəti xristianlığa əsaslanır, bizim ölkə də xristian mədəniyyətinə əsaslanır. Dəfələrlə rüşvətxorluqda ifşa edilən avropalı parlamentarilərin subyektiv bəyanatları deyil, məhz bu dəyərlər bir-birinə uyğundur. Onlarla avropalı parlamentari rüşvətxorluğa görə saxlanılıb. Avropa dəyərlərini istəyirik və gürcü qaydasında yaşayacağıq, suverenliyimizi heç kimə güzəştə getməyəcəyik” – deyə Macharaşvili bildirib.