Quram Maçaraşvili - Aprelin 9-da gənclər “Rəbbin duası” fonunda müstəqilliyin bərpasını tələb edirdilər, təəssüf ki, indi suverenliyin məhdudlaşdırılması imanın yox olması fonunda baş verir
Quram Maçaraşvili - Aprelin 9-da gənclər “Rəbbin duası” fonunda müstəqilliyin bərpasını tələb edirdilər, təəssüf ki, indi suverenliyin məhdudlaşdırılması imanın yox olması fonunda baş verir

 
Aprelin 9-da gənclər “Rəbbin duası” fonunda müstəqilliyin bərpasını tələb edirdilər, təəssüf ki, indi suverenliyin məhdudlaşdırılması imanın yox olması fonunda baş verir- bu haqda “Xalqın Gücü”nün liderlərindən biri Quram Maçaraşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.

“Heç kim hansısa nəslin adından danışmağı öz üzərinə götürməyəcək. Gənclərin aprelin 9-da “Rəbbin duası” fonunda müstəqilliyin bərpasını tələb etdiyini aydın görür və xatırlayırıq. Təəssüf ki, indi suverenliyin məhdudlaşdırılması imanın yox olması fonunda baş verir. Bu səbəbdən, suverenliyə hamı tərəfindən hörmət edilməsi gənclərin tələbidir.

Tərəfdaşlarımıza gəlincə, ikinci cəbhəyə qoşulmamaq üçün mübarizə aparmalı olduq. İkinci cəbhəyə qoşulmağı Avropa dəyəri kimi işə keçirmək istəyirdilər. Biz buna qarşı mübarizə apardıq və ictimaiyyəti inandırdıq ki, bu, düzgün yol deyil və Gürcüstan buna görə xilas oldu və ölkədə əmin-amanlıq var, onlar bizi məhz buna görə bağışlaya bilmirlər” – Maçaraşvili açıqlayıb.