Qudauridə Snoubord Kross üzrə Dünya Kuboku mərhələsi başa çatıb #1TVSPORT
Qudauridə Snoubord Kross üzrə Dünya Kuboku mərhələsi başa çatıb #1TVSPORT

Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsi başa çatıb. 17 ölkədən 90-a yaxın idmançının qatıldığı bu yarış Qudauridə ilk dəfə keçirilib.

Turnirin ikinci günündə qaliblər və mükafatçılar məlum olub. Snoubord kross növü üzrə qadınlar arasında Dünya Kubokunun mərhələsini britaniyalı Şarlotta Benks, kişilər arasında isə kanadalı Elliot Qrondini qazanıb.

Gürcüstanda keçirilən 2024-cü ilin qış mövsümünün Dünya Kubokunun mərhələləri fevralın 10-11-də Bakurianidə başa çatacaq, Gürcüstanın birinci kanalı final mərhələsinin canlı reportajlarını təqdim edəcək.