Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Qar və yolların buz bağlaması səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda Qudauri (Posta)-Kobi hissəsində nəqliyyatın hərəkətinin dayanmadan, yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcəyi deyilir. Hərəkət qeyd olunan rejimdə patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.