Qremişxevi kəndi yaxınlığında işğalçı rejim tərəfindən saxlanılan iki Gürcüstan vətəndaşı azadlıqdadır
Duşeti bələdiyyəsinin Qremişxevi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan iki Gürcüstan vətəndaşı azaddır və hazırda mərkəzi hökumətin nəzarətində olan ərazidədir.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Adıçəkilən şəxslərin qanunsuz həbs edildiyi andan onların qeyd-şərtsiz azadlığa buraxılması üçün həm “qaynar xətt”dən, həm də mərkəzi hakimiyyətin əlində olan bütün digər mexanizmlərdən fəal istifadə edilib. Məlumat daimi olaraq Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlarına təqdim edilib. Rusiya işğalçı qüvvələri işğal olunmuş ərazilərdə və işğal xətti boyunca törədilən dağıdıcı hərəkətlərə görə tam məsuliyyət daşıyır”, – bəyanatda deyilir.
Rusiya işğalçı qüvvələrinin nümayəndələri ötən gün Qremişxevi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını saxlayıblar.