Qoridə küçə ticarətinin qadağan edilməsinə etiraz edir və merlə görüş tələb edirlər
Qoridə küçə ticarətinin qadağan edilməsinə etiraz edir və merlə görüş tələb edirlər

 

Qoridə, Quramişvili küçəsinə bitişik ərazidə küçə ticarəti ilə məşğul olanlar bir yerə toplaşıblar. Onlar küçə ticarətinin qadağan edilməsinə etiraz edirlər.

Meriyanın Nəzarət Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Küçə ticarəti ilə məşğul olanlardan birinin vəziyyəti pisləşib və təcili yardımın çağırılmasına ehtiyac yaranıb.

Qori Munisipalitetinin Meriyası küçə ticarəti ilə məşğul olan şəxslərə Tsmindatsğali ərazisində, yeni bazarda simvolik qiymətə bir il ərzində fəaliyyətlərini davam etdirə biləcəkləri alternativ məkan təklif edib. Küçə ticarəti ilə məşğul olanlar meriyanın təklifi ilə razılaşmırlar.

“Burada dururam və heç kimə mane olmuram. Məhsulum yoxdur və heç nəyi çirkləndirmirəm. Başqa seçimimiz olmadığı üçün ticarəti davam etdirməyə icazə verilməsini xahiş edirik. Hamımızın bankdan götürdüyü krediti var. Bəli, xəbərdarlıq etdilər, lakin buradan heç yerə gedə bilmərik, sabah yenə piştaxtanı açacağam. Budur fəvvarə işləmir, onun qayğısına qalsınlar. Mer ilə görüş tələb edirik. Bizə başqa ərazi təklif etdilər, lakin ora uzaqdır və ora heç kim getmir. Sizcə, orada ticarət olsaydı, biz ora getməzdikmi?” – deyə aksiya iştirakçılarından biri jurnalistlərə deyib.

Küçə ticarəti ilə məşğul olanların bir hissəsi Qori meriyası qarşısına toplaşaraq merlə görüş tələb edirlər.

Məlum olduğu üzrə, Meriyanın Nəzarət Xidmətinin əməkdaşları
küçə ticarəti ilə məşğul olanlara 3 həftə bundan əvvəl, iyunun 14-də ərazinin konstruksiyalardan təmizlənməsi ilə bağlı xəbərdarlıq edərək, ərazinin təmizlənməsi üçün onlara 1 həftə möhlət veriblər. İki gün əvvəl isə konstruksiyalar sökülüb, bu isə küçə ticarəti ilə məşğul olanların etirazı ilə müşaiyət olunub.