Qomi-Saçxere-Chiatura-Zestaponi yolunun bir hissəsində tırların hərəkəti qadağan edilib
Qomi-Saçxere-Chiatura-Zestaponi yolunun bir hissəsində tırların hərəkəti qadağan edilib

 

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, Qomi-Saçxere-Chiatura-Zestaponi avtomobil yolunun bir hissəsində tırların hərəkəti qadağan edilib.

Avtomobil Yolları Departamentindən verilən məlumata görə, qar və aşağı temperatur səbəbindən, Qomi-Saçxere-Chiatura-Zestaponi yolunun 1-54 km olan hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti qadağan edilib.

Qurumdan verilən məlumata görə, digər nəqliyyat vasitələri üçün hərəkət sərbəstdir. Bununla yanaşı, yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.