Qldanidə qaz sobasının açıq olması səbəbindən partlayış baş verib- “Tbilisi Energy” bu barədə məlumat yayır.
Şirkətin verdiyi məlumata görə, hadisə nəticəsində ikisi azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb.
“Tbilisi Energy”-dən verilən məlumata görə, onların həyatı üçün təhlükə yoxdur.
“Xahiş edirik, çox diqqətli olun. Qaz qurğularını nəzarətsiz qoymayın. Ailənizin və qonşularınızın həyatının qayğısına qalın”, – deyə şirkətdən bildirilib.


