Qiuli Alasania - Saakaşvili həbsdən çıxmağa və azad olmağa tələsir
Qiuli Alasania - Saakaşvili həbsdən çıxmağa və azad olmağa tələsir

 

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniyanın sözlərinə görə, Saakaşvilinin səhhəti pisləşib və onun normal müayinəyə ehtiyacı var.

“Gördükləri və mənə söylədikləri, onun normal müayinədən keçməsi zəruridir. Maqnit rezonans tədqiqat aparılmalıdır. Mənə əlini göstərdi, titrəmə realdır. Geridə qalanları mənə danışdı. Yuxusuzluq, baş ağrısı, ayaqların, əllərin uyuşması onda müşahidə olunur. Nevroloq gəlmişdi. Oğlum onunla münasibətindən çox məmnun idi. O da dərman əlavə etdi. O, da eyni şeyi tədqiqatların aparılması zərurətinin olduğunu dedi. Tələbim qalır – həkimləri onun yanına buraxsınlar və nəyinki təkcə bizim həkimləri, xaricdən həkimlər gətirəcəkdik və bunun üçün bizə imkan verilməlidir “-deyə Mixeil Saakaşvilini cəzaçəkmə müəssisəsində ziyarət edən Qiuli Alasania bildirib.

Mixeil Saakaşvilinin mesajlarının nə olduğu sualına Qiuli Alasania belə cavab verib: “O, oradan çıxmağa və azad olmağa tələsir”.