"Qırmızı körpü", Batumi Hava Limanı və Kazbegidə, Ermənistan, Katar və Azərbaycan vətəndaşlarının üstündə narkotik maddələr (2.518 qram) və psixotrop (65 tablet) medikamentlər tapdılar 

Qırmızı körpüdə, Batumi hava limanında və Kazbegidə, tərkibində narkotik və psixotrop maddələrin olduğu medikamentlər aşkarlandı.

Bu barədə məlumatı Maliyyə Nazirliyinin gəlirlər xidməti yayır.

Gəlirlər xidmətinin məlumatına görə, 01- 03 noyabr daxil olmaqla, Maliyyə Nazirliyinin gəlirlər xidmətinin gömrük ofiserləri, “Qırmızı körpü”, Batumi Hava Limanı və Kazbegidə, Ermənistan, Katar və Azərbaycan vətəndaşlarının üzərində narkotik maddələr (2.518 qram) və psixotrop (65 tablet) medikamentlər tapdılar.

Gəlirlər Xidmətinin məlumatına görə, həmin maddələr istintaqın aparılması məqsədi ilə, Daxili İşlər Nazirliyinin müvafiq departamentinə verildi.