Qiorqi Xanişvili ölkədə un ehtiyatı ilə bağlı problemin olmadığını bildirir
Qiorqi Xanişvili ölkədə un ehtiyatı ilə bağlı problemin olmadığını bildirir

 

Gürcüstan əhalisinin mümkün qədər ucuz çörək alması üçün dövlət ölkəyə ucuz un idxalını asanlaşdırıb ki, bu da təbii olaraq prioritet məsələdir – bu barədə kənd təsərrüfatı nazirinin müavini Qiorqi Xanişvili bildirib.

Xanişvilinin izah etdiyi üzrə, unun idxalı avtomatik olaraq buğda ehtiyatlarının azalmasına səbəb olub, çünki eyni vaxtda hər ikisinin ehtiyatı ola bilməz.

“Çünki hər ikisi eyni vaxtda ola bilməz. Bazarda ucuz un varsa, buğda üyüdülə bilməz. Bu, əhalinin hazırda dünya bazarında mövcud ola biləcək ən ucuz unu almasından irəli gəlir. Buna görə də ehtiyat baxımından təbii ki problem yoxdur, bu gün üçün ehtiyatlar buğdada deyil, undadır. Təxminən ay yarımdan, iki aydan sonra yerli buğda yığımı başlayacaq. Bütün dünyada yeni mövsüm başlayır, bu iyul-avqust aylarında olacaq . Bu, özlüyündə yeni məhsulun və yeni qiymət siyasətinin işlənilməsinə vüsət yaradır. Ümid edirik ki, bu yeni qiymət siyasəti ilə dünyada çörəyin qiyməti nizamlanacaq və buğdanın qiyməti daha stabil və məqbul olacaq. Müvafiq olaraq, Gürcüstan hökuməti bu dövr üçün bütövlükdə sektor üçün məqbul olan adekvat siyasət hazırlayacaq” – deyə kənd təsərrüfatı nazirinin müavini bildirib.

Bu il Gürcüstanda yerli buğdadan necə məhsul gözlədikləri və məhsuldarlığın artırılması üçün hansı işlərin görüldüyü sualına gəlincə, Xanişvilinin sözlərinə görə, nazirliyin fermerlərə kömək üçün sistemli layihələri var.

“Hər il sistemli layihələrimiz var, bu bir tərəfdən fermerlərin kapitala çıxışını gücləndirməyə kömək edir, digər tərəfdən biz artıq bu il əlavə layihə, dövriyyə vasitələri üçün 5-dən 100 min lariyədək güzəştli kənd təsərrüfatı krediti layihəsini həyata keçirmişik. Bu dəst bizə fermerlərə kömək etməyə imkan verir. Fermerlərin istehlakı hər il bizə öz nəticəsini verir. Keçən il təxminən 140 min ton buğda yığdıq, bu il 150 min tondan çox olacağına ümid edirik” -deyə Xanişvili bildirib.

Onun sözlərinə görə, ölkədə heç bir məhsul qıtlığı yoxdur.

“Ölkədə heç bir məhsul qıtlığı yoxdur. Bilirsiniz ki, müharibə başlayandan nazirlik idxalçılarla həftəlik, indi isə iki həftədə bir dəfə kommunikasiya qurur. İstənilən ərzaqla ölkənin uğurla təmin edilməsi davam edir, heç bir məhsulla bağlı qıtlıqdan əsər-əlamət yoxdur” – deyə kənd təsərrüfatı nazirinin müavini bildirib.