Qiorqi Vaşadze - Milli konsolidasiya, seçki yolu ilə hakimiyyət dəyişikliyi, qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi - bu, malik olduğumuz perspektivdir
Qiorqi Vaşadze - Milli konsolidasiya, seçki yolu ilə hakimiyyət dəyişikliyi, qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi - bu, malik olduğumuz perspektivdir

 

Milli konsolidasiya, seçki yolu ilə hakimiyyət dəyişikliyi, qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi – bu, malik olduğumuz perspektivdir- bu haqda “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze deyib.

O, amerikalı tərəfdaşların təklifinin müdafiə qabiliyyətinin gücləndirilməsi, investisiyalar və iş yerlərinin yaradılması mənasına gəldiyini bildirib.

“Amerikalı tərəfdaşlarımızdan Gürcüstan üçün vizasız gediş-gəliş, digər tərəfdən iqtisadi dəstək həqiqətən də misilsiz təklifdir, bu Gürcüstana milyardlarla investisiya qoyulması, müdafiə qabiliyyətinin gücləndirilməsi, iş yerlərinin yaradılması mənasına gəlir. Məhz bu, yüz minlərlə gürcünün küçələrə çıxmasının və bütün dünyanın izlədiyi dinc etirazın, gənclərin mübarizəsinin nəticəsidir. Ən əsası, bunun hərəkətə keçirilməsi, Gürcüstanın Qərb inkişaf kursuna qayıtması, rus qanunlarının olmaması, rus rejimlərinin, anti-Qərb, anti-gürcü mövqeyinə malik şəxslərin olmaması, ölkəni ləyaqətlə küçədə dayanan insanların nümayəndələrinin idarə etməsi üçün açığını desək, hakimiyyət dəyişikliyi lazımdır. Amerikalı tərəfdaşlarımızın təklifi olduqca aydındır. Üstəlik, fikrimcə, bununla yanaşı, Amerikada qeyri-qanuni olan bir çox soydaşımızı leqallaşdıra biləcəyimiz və Gürcüstanın bütün bunlardan sona qədər yararlanması üçün çalışa biləcəyimiz iş prosesi var. Biz Amerikaya daha əvvəl səfərimiz zamanı bu imkanlar haqqında dəfələrlə danışmışıq, indi artıq amerikalı tərəfdaşlarımız yüksək səslə danışırlar” – Vaşadze açıqlayıb.

“Quruculuq Strategiyası”nın lideri deyib : “milli konsolidasiya, seçki yolu ilə hakimiyyət dəyişikliyi, qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi-Gürcüstanın malik olduğu perspektivdir”.

“Maraqlıdır, parlamentdə olan “Gürcü Arzusu”nun deputatları bütün bunlara nə cavab verəcək? Rus qanununu yenə mi qəbul etməyi planlaşdırırlar ? Onlar yenə mi Gürcüstanı Qərb birləşmə yolundan uzaqlaşdırmağı, Gürcüstan üçün bu heyrətamiz perspektivi yox etməyi planlaşdırırlar ? Düşünürəm ki, hər şey gün kimi aydındır, ümumi milli konsolidasiya, seçki mexanizmi ilə hakimiyyət dəyişikliyi, demokratik qərbyönlü qüvvələrin, bu gün küçədə olan və dinc etirazı davam etdirən insanların nümayəndələrinin hakimiyyətə gəlməsi. Bu, Avropa İttifaqının tamhüquqlu üzvlüyü ilə birlikdə bizim malik olduğumuz perspektivdir və faktiki olaraq, böyük inkişaf sıçrayışı edə bilərik. Bu, ərazi bütövlüyünə, bu, Gürcüstanın inkişaf yoluna və bu, hamımızın belə çox istədiyimiz güclü, vahid Gürcüstana aparan yoldur” – Qiorqi Vaşadze qeyd edib.

“Politico” amerikalı konqresmen Co Vilson tərəfindən hazırlanmış qanun layihəsi barədə məlumat əldə edib. “Politico”nun yazdığı üzrə, qanun layihəsinə əsasən, “Gürcüstan demokratiyanın möhkəmləndirilməsində davamlı irəliləyiş göstərsə, ABŞ Gürcüstana mühüm hərbi və ticarət paketi verməyi və viza rejimini liberallaşdırmağı müzakirə edəcək”.