Qiorqi Qaxaria - 30 mart tarixindən etibarən İctimai Yayımçının canlı efirində məktəb şagirdləri üçün dərslərin translasiyasına başlanılır
Martın 30-dan etibarən İctimai Yayımçının canlı efirində məktəb şagirdləri üçün dərslərin translasiyasına başlanılır.
Baş nazirin Mətbuat Xidmətindən verilən məlumata əsasən, bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria koronavirus ilə əlaqədar keçirilən Koordinasiya Şurasının iclasında bildirib.
Hökumət başçısının sözlərinə əsasən, Təhsil Nazirliyi və İctimai Yayımçının pandemiya şərtlərində, irəli sürdüyü birgə təşəbbüs irəli atılmış mühüm addımdır.
Baş nazir internet provayderlərə müraciət edərək, onları , tələbə və şagirdlərin maraqlarını nəzərə almağa və onların internetə əlçatanlılığını təmin etməyə çağırıb. Hökumət başçısı bəhsi keçən təşəbbüs ilə əlaqədar Təhsil nazirinə təşəkkürünü bildirib.
Müəllif – Sevinc Mustafayeva