Qiorqi Amilaxvari - Baş Prokurorluq DTX-nin onlarla sıx əməkdaşlıq etdiyi istintaq başladıb , DTX rəhbərini parlamentə dəvət etmək üçün heç bir əsas yoxdur
Qiorqi Amilaxvari - Baş Prokurorluq DTX-nin onlarla sıx əməkdaşlıq etdiyi istintaq başladıb , DTX rəhbərini parlamentə dəvət etmək üçün heç bir əsas yoxdur

 

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidmətinin onlarla sıx əməkdaşlıq etdiyi istintaq başladıb. Dərc olunmuş materialların nə qədər orijinal oldub-olmaması, bu materialların ictimai məkanda kim tərəfindən və necə meydana çıxmasını görmək üçün istintaqın nəticələrini gözləməliyik. Yalnız bundan sonra bəzi nəticələr və qiymətləndirmələr edə bilərik, – bu barədə parlament əksəriyyətinin üzvü Qiorqi Amilaxvari gizli materiallar haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, DTX rəhbərinin hazırda parlamentə dəvət edilməsinin heç bir əsası yoxdur.

“Bunadək isə digər hər şey dövlətə və kilsəyə birbaşa hücumdur, beləliklə çalışırlar ki, ən yüksək etimada malik olan qurumu seçkiöncəsi siyasi məqsədlər üçün istifadə etsinlər, seçkiqabağı prosesə çəksinlər və üzərinə çirk atsınlar. DTX rəhbərini hazırda parlamentə dəvət etmək üçün heç bir əsas yoxdur. “Lelo”-nun bunun üçün tələbi əhəmiyyətsiz və ziddiyyətlidir. Əgər istintaq nəticəsində hər hansı bir məmurun səhlənkarlığa yol verdiyi aşkarlanarsa , parlament istənilən məmuru gətirmək və dinləmək məsələsinə baxacaq. Qalan hər şey siyasi nazlılıqdır. Bəzi məlumatlara sahibik ki, “Milli Hərəkat”- ın bir növ materiallara sahib ola bilər və partiyanın verdiyi bəyanat onların yayımlanmasının qarşısını almağa xidmət edir. Yalnız istintaqın nəticələrindən və hər hansı bir məmurun səhv davranışının təsdiqlənməsindən sonra , məsuliyyəti öz üzərimizə götürəcəyik”, – deyə Amilaxvari bildirib.