Qiqa Makaraşvili - Patriarxlıq, eləcə də digər qruplar dinc şəkildə etiraz etmək hüququna malikdirlər, iyulun 5-də "pride" mütləq keçiriləcək
Patriarxlıq, eləcə də digər qruplar dinc şəkildə etiraz etmək hüququna malikdirlər – bu barədə “Tbilisi Pride” hərəkatının tərəfdarı Qiqa Makaraşvili bildirib.
Makaraşvilinin qeyd etdiyi kimi, 5 iyul ilə əlaqədar planlar dəyişməyəcək.
“Əgər patriarxlıq 5 iyula qərar veribsə və tam olaraq o yerdə mitinq keçirmək istəyirlərsə, əlbətdə edə bilərlər, patriarxlığın kimisə döyməyə və ya kiməsə nifrət göstərməyə gələcəyini düşünmürəm. Sevgi və açıq əllərlə gəlsələr, orada da tam olaraq sevgi dolu, səxavətli, rəngarəng və azad insanlarla qarşılaşacaqlar. Bu “pride” iyulun 5-də mütləq reallaşacaq. Planlarımızı dəyişdirməyəcəyik, çünki nə patriarxlığa, nə də şəhərə heç nə etməyəcəyik . Sistem tərəfindən əzilən insanların hüquqlarının qorunmasını tələb edirik. Əgər patriarxlıq bizə bunu etməyimizə mane olacaqsa, o zaman cəmiyyətin də hökumətə deyəcəyi söz olacaq, sevgi təbliğ etməli olan kilsə necə davranır deyə. Patriarxlığın təmkinli olacağına və möminlərinə insanları döyməsinə icazə verməyəcəyinə ümid edirəm “-deyə Qiqa Makaraşvili bildirib.
Gürcüstan Patriarxlığının bu gün yaydığı açıqlamada belə qeyd olunub : “Biz əhaliyə, dinc şəkildə etirazımızı bildirməyə, iyulun 5-də Kaşueti məbədi yaxınlığına toplaşmağa , dünyaya öz ləyaqətimizi qoruduğumuzu göstərmək üçün müraciət edirik.”