Qəzza sektorunun Xan Yunis şəhərində, Nasser Tibb Kompleksindəki kütləvi məzarlıqda 210 nəfərin cəsədi tapılıb
Qəzza sektorunun Xan Yunis şəhərində, Nasser Tibb Kompleksindəki kütləvi məzarlıqda 210 nəfərin cəsədi tapılıb

 
Qəzza sektorunun Xan Yunis şəhərində, Nasser Tibb Kompleksindəki kütləvi məzarlıqda 210 nəfərin cəsədi tapılıb. “Al Jazeera”nin yaydığı məlumata əsasən, İsrail ordusunun aprelin 7-də tərk etdiyi Xan Yunis aylardır davam edən fasiləsiz bombardmanlar nəticəsində xarabalığa çevrilib.

İsrail ordusunun Xan Yunisdəki əməliyyatı nəticəsində 500-ə yaxın insan itkin düşmüş hesab edilir.

İsrail ordusunun Qəzza sektorunun Rafah şəhərini bombalaması nəticəsində azı 24 nəfərin həlak olduğu haqda məlumat yayılır.

Oktyabrın 7-dən sonra Qəzza sektorunda qurbanların sayı 34 min nəfəri, yaralıların sayı isə 76 800 nəfəri keçib.