Qəzza sektorunun Səhiyyə Xidməti, ötən gün ərzində İsrail ordusunun Qəzza sektorunda keçirdiyi hərbi əməliyyat nəticəsində azı 71 nəfərin həlak olması, 106 nəfərin isə yaralanması haqqında məlumat verir

Ötən gün ərzində İsrail ordusunun Qəzza sektorunda keçirdiyi hərbi əməliyyatda azı 71 nəfər həlak olub, 106 nəfər isə yaralanıb. Bu haqda Qəzza sektorunun Səhiyyə Xidməti məlumat yayır.

Mövcud göstəricilərə əsasən, ötən ilin oktyabrından sonra ərəb anklavında azı 33 970 nəfər həlak olub, 76 770 nəfər isə yaralanıb.

Son gün ərzində 1,5 milyon insanın yaşadığı Rafahda beşi uşaq olmaqla azı 11 nəfər həlak olub. Onların bir çoxu Qəzza sektorunun digər şəhər və qəsəbələrindən məcburi köçkünə çevrilib. Ərəb mediası, Qəzza sektorunda itkilərin daha çox ola biləcəyini yazır, çünki hava hücumları nəticəsində minlərlə insan dağıntılar altında qalıb.

BMT-nin Beynəlxalq Uşaq Fondunun (UNİSEF) məlumatına görə, Qəzza sektorunda evlərin üçdə ikisi məhv edilib.