Qətər dövlətində Gürcüstanın səfiri vəzifəsinə Varlam Avaliani təyin edilib
Qətərdə dövlətində Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Varlam Avaliani təyin edilib.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Varlam Avaliani 2021-2025-ci illərdə “Rustavi 2” teleşirkətini və bir neçə media platformasını birləşdirən Media Holdinqin baş direktoru olub.
2019-2021-ci illərdə Varlam Avaliani “Studio Maestro”nun icraçı direktoru olub.
2012–2014-cü illərdə Varlam Avaliani Gürcüstanın müdafiə naziri üzrə müşavir və müavini vəzifələrində çalışıb.
2014–2018-ci illərdə Məsləhətçi şirkətlərdə kommunikasiya üzrə məsləhətçi kimi çalışıb. 1999–2013-cü illərdə müxtəlif televiziya kanallarında jurnalist olub.