Qərb Komandanlığının 3 -cü Piyada Briqadasının yüzlüyü taktiki təlimlər keçirib
Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığının 3 -cü Piyada Briqadasının 31 -ci Batalyonunun yüzlüyü taktiki təlim keçirib.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, təlimlər Şota Xurtsidze adına “Orfolo” Təlim Mərkəzində bir həftə ərzində davam edib.
Onların verdiyi məlumata görə, taktiki təlimlər müdafiənin tərkib hissəsi olan bir keçid əməliyyatını əhatəliyirdi. Təlimlərə 120 mm -lik minaatan bölməsi, mühəndis bölmələri və iki ədəd “Delta” istehsalı olan “Didqori 1” və “Didqori 2” texnika kimi dəstəkləyici elementlər cəlb olunmuşdu.
Təlim üç mərhələdən ibarət idi və bölmənin hazırlıq, qiymətləndirmə və icra mərhələlərini əhatə edirdi. Yüzlüyün taktiki qrupu tapşırığı uğurla yerinə yetirib və qiymətləndiricilər tərəfindən müsbət qiymətləndirilib.