Qelati monastır kompleksinin əsas məbədində, qərb qanadında yeni müvəqqəti metal dam örtüyü vurulub
Qelati monastır kompleksinin əsas məbədində, qərb qanadında yeni müvəqqəti metal dam örtüyü vurulub

 

Mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze Qelati monastır kompleksinin əsas məbədində, qərb qanadında yeni müvəqqəti metal dam örtüyünün vurulduğunu bildirir.

Bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayır.

“Proses YUNESKO-nun yüksək ixtisaslı eksperti, professor Uqo Tonietinin tövsiyəsi və nəzarəti altında həyata keçirilib” -deyə Kaxa Sixarulidze bildirir.