"Qazprom" şirkətində “Şimal axını 1” qaz boru kəmərinin daha bir turbininin dayandığı, nəticədə Avropaya qaz tədarükünün iki dəfə azalacağı bildirilib
"Qazprom" şirkətində “Şimal axını 1” qaz boru kəmərinin daha bir turbininin dayandığı, nəticədə Avropaya qaz tədarükünün iki dəfə azalacağı bildirilib

 

Rusiyanın “Qazprom” şirkətində “Şimal axını 1” qaz boru kəmərinin daha bir turbininin dayandığı, nəticədə Avropaya qaz tədarükünün iki dəfə azalacağı bildirilib. Rus şirkətində buna səbəb kimi aparılan texniki işlər göstərilib.

“Qazprom”dan verilən məlumatda, turbinin dayanmasından sonra “Şimal axını 1” qaz kəmərinin 24 saatda 33 milyon kubmetr təbii qaz nəql edə biləcəyi, bunun da nəzərdə tutulan tədarükün 20%-ni təşkil etdiyi deyilir.

Bu fonunda Avropada qazın qiyməti kəskin bahalaşıb və min kubmetr üçün 1860 dollar təşkil edib.

Bundan əvvəl, Kanada istisnaya yol verməyə və sanksiyalardan yan keçməklə rus qaz kəməri üçün zəruri olan turbini Almaniyaya göndərməyə razılıq vermişdi.