Qazaxıstanın Aktau şəhərindən Tbilisi istiqamətində növbəti aviareys həyata keçirilib

 

Qazaxıstandan Gürcüstan istiqamətinə daha bir aviareys həyata keçirilib. Bu dəfə uçuş Aktaudan Tbilisi istiqamətində olub.

Sərnişinlər arasında əsasən Qazaxıstan vətəndaşları olublar. Onların da dedikləri kimi, ölkədə vəziyyət nisbətən yaxşılaşıb, lakin Qazaxıstan şəhərləri arasında gediş-gəliş məhduddur.

Bununla yanaşı, bu gün saat 08:10-da Tbilisi Beynəlxalq Hava Limanından Aktobe şəhəri istiqamətində uçuş planlaşdırılır. Reys üçün 48 sərnişin qeydiyyatdan keçib. Qazaxıstan vətəndaşlarının getməzdən əvvəl də bildirdikləri üzrə, Qazaxıstanda internet təchizatı məhduddur, lakin onların verdiyi məlumata görə, ölkədə vəziyyət nisbətən sabitləşib, şəhərlərə hərbçilər nəzarət edirlər.

Tbilisi Beynəlxalq Hava Limanı dünən axşam Aktau şəhərindən daha iki reys qəbul edib. Sərnişinlər arasında Gürcüstan vətəndaşları da olublar.