Qaracalarda yaşayan koronaviruslu qadının ailə üzvündə də koronavirus təsdiqləndi
Qaracalarda yaşayan koronaviruslu qadının ailə üzvündə də koronavirus təsdiqləndi

Koronavirusa yoluxan 63 yaşlı Qaracalar sakini olar qadının üç ailə üzvlərindən birinin koronavirus analizinin cavabı müsbət çıxdı.

Bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili verdi.

Onun dediyinə görə, koronavirusa yoluxan qadının kürəkənində də koronavirus təsdiqləndi və 45 yaşlı kişiyi karantin zonasından infeksiya xəstəxanasına apardılar.

Xizanişvilinin dediyinə görə, qadının infeksiyaya yoluxma mənbəyi hələ də məlum deyil

Dünən Kaxetidən Luqar mərkəzinə 101 nəfərin analiz materialları göndərildi və onlardan sadəcə biri müsbət çıxdı.