Qaracalarda qətlə yetirilən 19 yaşlı Radim Qurbanovun ailəsi Daxili İşlər Naziri ilə görüş tələb edir
Telavi munisipalitetinin Qaracalar kəndində öldürülən 19 yaşlı Radim Qurbanovun ailəsi Daxili İşlər Naziri ilə görüş tələb edir.
Qurbanovun ailə üzvləri bəyan edirlər ki, qatilin ailəsinin kənddən köçürülməsi ilə bağlı tələbə hökümət tərəfindən diqqət yetirilməyib.
Xatırladaq ki, Qaracalar kəndinin sakini olan 19 yaşlı Radim Qurbanov öz kəndlisi tərəfindən odlu silahla qətlə yetirilib.
Qatil cinayətdən sonra polisə tapşırıldı.
Cinayət faktı ilə bağlı istintaq cinayət məcəlləsinin 108-ci maddəsi ilə aparılır, hansı ki, qəsdlə qətlə yetirməyi nəzərdə tutur.