Qara dənizdə Gürcüstanın sahil mühafizə gəmilərinin və USS Arleigh Burke-nin iştirakı ilə birgə təlimlər keçirilib

 
DİN-nin Dəniz Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin nümayəndələri və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Arleigh Burke” gəmisinin dənizçiləri Qara dənizdə birgə təlimlər keçiriblər.

Sərhəd Polisinin məlumatına görə, təlimdə sahil mühafizəsinin üç gəmisi iştirak edib: “Oçamçire” (P23), “Suxumi2 (P24) və “Dioskuriya” (P25).

“Təlimlər boyunca gəmilər taktiki manevrlər həyata keçirib və müxtəlif elementləri təkmilləşdirmək üçün birgə çalışıblar.

Birgə təlimlərin məqsədi iki ölkənin hərbi-dəniz bölmələri arasında təcrübənin mübadiləsi, ekipajlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və DİN-nin Dəniz Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin imkanlarının gücləndirilməsi olub”, – deyə məlumatda qeyd olunub.