“Qaxaria Gürcüstan Üçün” – Giorgi Gaxaria hazırda xaricdədir, istintaq komissiyası isə onun məsafədən dindirilməsinə rədd cavabı verir və fiziki olaraq gəlməsini israrla tələb edir, halbuki bunun heç bir obyektiv izahı yoxdur
“Qaxaria Gürcüstan Üçün” – Giorgi Gaxaria hazırda xaricdədir, istintaq komissiyası isə onun məsafədən dindirilməsinə rədd cavabı verir və fiziki olaraq gəlməsini israrla tələb edir, halbuki bunun heç bir obyektiv izahı yoxdur

“Qaxaria Gürcüstan Üçün” partiyası Giorgi Qaxarianın istintaq komissiyasına çağırılması ilə bağlı açıqlama yayıb.

Partiyanın bəyanatında deyilir ki, Qaxaria 23 iyun tarixində komissiyaya çağırılıb, lakin o, hazırda Gürcüstanda deyil və məsafədən, yəni onlayn rejimdə komissiyada iştirak etməyə hazır olduğunu bildirib.

Partiya bəyan edir ki, komissiya onun məsafədən dindirilməsini qəbul etmir.

“Cəmiyyətə məlumat vermək istəyirik ki, Giorgi Qaxaria parlamentin istintaq komissiyasına ikinci dəfə, 2025-ci il iyunun 23-də keçiriləcək iclasa çağırılıb – Çorçana məsələsi ilə bağlı.

Bildiyiniz kimi, Giorgi Qaxaria artıq bir dəfə, 2025-ci ilin 14 aprelində keçirilən 6 saatlıq iclasda komissiyanın qarşısında ifadə verib.

Komissiyaya iki dəfə yazılı şəkildə bildirilib ki, Giorgi Qaxaria bu dəfə də iclasda iştirak etməyə hazırdır, lakin onun öncədən planlaşdırılmış xarici səfərdə olması səbəbindən məsafədən, yəni onlayn rejimdə qoşulmaq istədiyini bildirib. Bu isə, bir tərəfdən, komissiyanın nizamnaməsi ilə nəzərdə tutulur, digər tərəfdən isə, aprel ayındakı ilk çağırışda elə komissiyanın özü tərəfindən təklif olunmuşdu.

Buna baxmayaraq, 22 iyun tarixində bizə rəsmi şəkildə bildirilib ki, komissiya Giorgi Qaxarianın məsafədən dindirilməsini rədd edir və israrla 23 iyun, bazar ertəsi günü iclasa fiziki olaraq gəlməsini tələb edir. Halbuki, əgər komissiya doğrudan da Çorçana məsələsində onun ifadəsi ilə maraqlanırsa, bu tələbin heç bir obyektiv əsaslandırması yoxdur.

Giorgi Gaxaria bir daha təsdiq edir ki, Gürcüstana qayıdana qədər Çorçana sərhəd məntəqəsi ilə bağlı məsələni komissiya ilə məsafədən müzakirə etməyə hazırdır,” – deyilir “Qaxaria Gürcüstan Üçün”” partiyasının yaydığı bəyanatda.

Gürcüstan parlamentindəki müvəqqəti istintaq komissiyasının iclasına “Gürcüstan Üçün” partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxaria yenidən çağırılıb. Gaxaria Çorçana, Tsagvli və digər kəndlərlə bağlı məsələlər barədə danışmaq üçün dəvət olunub.