“Qafqaz Qartalı 2022” təliminin rəsmi açılışı baş tutub
“Qafqaz Qartalı 2022” təliminin rəsmi açılışı baş tutub

 

Gürcüstan, Türkiyə və Azərbaycanın xüsusi əməliyyat qüvvələrinin hərbçiləri birgə təlimdən keçəcəklər.

Gürcüstan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, “Qafqaz Qartalı 2022” üçtərəfli səhra taktiki təliminin açılış mərasiminin Muxrovanda, mayor Qela Chedia adına xüsusi təyinatlı təlim mərkəzində keçirildiyi deyilir.

Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Chichinadze və Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, polkovnik Teimuraz Ğlateişvili iştirakçılar qarşısında çıxış edərək onlara uğurlar arzulayıblar.

Tədbirdə Türkiyənin hərbi attaşesi pod-polkovnik Burak Altıner, Azərbaycan Respublikasının hərbi attaşesi polkovnik Fuad İbrahimov və müdafiə qüvvələrinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyə Müdafiə Qüvvələrinin xüsusi əməliyyat bölmələri tərəfindən xüsusi təyinatlıların imkanlarının sinxronlaşdırılması və əlaqələndirilməsinin dərinləşdirilməsinə, təcrübə mübadiləsinə, qarşılıqlı fəaliyyətin artırılması və çoxmillətli şəraitdə idarəetmə və nəzarətin təkmilləşdirilməsinə xidmət edir.

“Qafqaz Qartalı 2022” təlimində iştirak edən xüsusi təyinatlı qruplar yanğın və tibbi hazırlıq, insanların məskunlaşdığı ərazidə döyüş və xüsusi əməliyyatların aparılması təcrübələrini bölüşəcəklər.

Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi əməliyyat qüvvələrinin üçtərəfli “Qafqaz Qartalı 2022” təlimi hər üç ölkədə rotasiya prinsipi ilə hər il keçirilir. Keçən il təlimə Türkiyə Respublikası ev sahibliyi edib.