Qadınlar Millətlər Liqasında ilk qələbə - Gürcüstan millisi Lüksemburq üzərində qələbə qazandı #1TVSPORT
Qadınlar Millətlər Liqasında ilk qələbə - Gürcüstan millisi Lüksemburq üzərində qələbə qazandı #1TVSPORT

 
Gürcüstanın qadınlardan ibarət milli komandası Qadınlar Millətlər Liqasının 5-ci turunda Lüksemburqla qarşılaşdı və onları 4:2 hesabı ilə məğlub etdi.

Bu oyuna qədər Gürcüstan millisi Millətlər Liqasının C2 qrupunda iki xalla sonuncu, Lüksemburq isə dörd xalla ikinci pillədə idi. Komandanın baş məşqçisi İris Antman matçdan əvvəl komandanın qrupdakı ilk görüşdə qalib gələcəyinə ümid edirdi.

İlk hissədə hesabı açmaq imkanı olan Gürcüstan millisi əlverişli məqamlardan istifadə edə bilmədi və lüksemburqlular 5 dəqiqə ərzində iki qol vuraraq üstünlük əldə etdilər.

Birinci hissənin sonunda stadionda işıqlar söndü və oyun dayandırıldı. UEFA nümayəndəsi ilə məsləhətləşmədən sonra görüş təxminən bir saata Mixeil Mesxi adına stadionun ehtiyat meydançasında 43-cü dəqiqədən etibarən davam etdirildi.

İkinci hissəyə fəal başlayan Gürcüstan millisi böyük qüvvə ilə rəqibə hücum çəkərək, oyunda dönüş anı da yarada bildi.

67-ci dəqiqədə Teona Bakradze fərqi azaltdı. 80-ci dəqiqədə Xatia Chğonia tarazlığı bərpa etdi, matçın bitməsinə beş dəqiqə qalmış Nino Pasikaşvili üçüncü qolu vurdu, hakimin əlavə etdiyi 6-cı dəqiqədə Natia Danelia yekun hesabı müəyyənləşdirdi – 4:2 və Gürcüstan millisi Millətlər Liqasında ilk qələbəsini qazandı.

Beş turdan sonra Gürcüstanın qadınlardan ibarət milli komandası beş xalla qrupda ikinci yerdədir. İris Antmanın komandası növbəti matçını dekabrın 5-də qonaq qismində Türkiyə millisinə qarşı keçirəcək.