Qabon ərazi sularında duran gəmidən üç dənizçi qaçırılıb, onlardan ikisi Gürcüstan vətəndaşıdır
Qabon ərazi sularında duran gəmidən üç dənizçi qaçırılıb, onlardan ikisi Gürcüstan vətəndaşıdır

Qabon ərazi sularında dayanan gəmidən üç dənizçi qaçırılıb, onlardan ikisi Gürcüstan vətəndaşıdır – bu haqda Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında deyilir.

“Gürcüstanın Cənubi Afrikadakı konsulluğundan alınan məlumata əsasən, mayın 2-də gecə saatlarında Qabon ərazi sularında lövbər salmış gəmidən ikisi Gürcüstan vətəndaşı olmaqla üç dənizçi qaçırılıb. Gəmidə qalan dənizçilər təhlükədə deyillər .

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi, Xarici İşlər Nazirliyi ilə birlikdə, həmçinin ekipaj və gəmi sahibi şirkətlər də daxil olmaqla dənizçilərimizin əsirlikdən azad edilməsi üçün  fəal iş aparır.

Agentlik nümayəndələri artıq ailə üzvləri ilə əlaqə saxlayıb, onlara ətraflı məlumat veriblər.

Gürcü dənizçilərinin təhlükəsizliklərindən irəli gələrək, biz sizi təfərrüatları və hər hansı növ identifikasiya edən məlumatları media vasitəsilə yaymaqdan çəkinməyə çağırırıq”, – deyilir Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında.