Pyonçanqdan 150 kilometrdə zəlzələ baş verdi
Pyonçanqdan 150 kilometrdə zəlzələ baş verdi

Cənubi Koreyanın Meteoroloji Mərkəzinin məlumatına görə, Piyohan şəhərində 4.6 bal gücündə zəlzələ baş verdi. Şəhər Pyonçanqın Olimpiya kəndəndən 150 kilometrdə yerləşir.

Olimpiya oyunları iştirakçıları və jurnalistləri daha da sayıq olmalarına çağırdılar.

Cənubi Koreyanın əhalisi baş verənlərə görə həyacanlıdır. Lakin bu vaxta qədər təlafət barədə məlumat yayılmır. Mətbuatda yalnız baş verənlərin fotoları yayıldı.

Olimpiadanın təşkilatçı komitəsi bəyan edir ki, startların təxirə salınmasına əsas yoxdur.