Psixoloqlar və psixiatrlar ictimaiyyətə müraciət edirlər - Depressiyalı frazaları yaymayın, yeniyetmələrin psixikasını düşünün
Son günlərdə depressiyalı və ümidsiz frazalar tirajlanır və bütün bunların yeniyetmələrin psixikasına olan təsirini kimsə düşünmür, – bu bəyanatı gürcü psixoloqları və psixiatrları birgə mətbuat konfransında verdilər.
Onlar medya və ictimaiyyətə müraciət edirlər ki, suiqəst edən 15 yaşlı yeniyetmənin işi ilə bağlı yaranan vəziyyətə diqqətlə yanaşsınlar.
Psixoloqlar deyirlər ki, həyatdan ümidsiz frazaları yaymaq yerinə, vaxtlarını yeniyetmələrin problemlərini dinləməyə və onlara yardım etməyə xərcləsinlər.
“Uşaqlar istəyirlər ki, onlara hörmət edilsin və fikirlərinə diqqət edilsin. Onlar hiss etməlidirlər ki, yalnız deyillər.
Depressiyalı, həyatdan ümidsiz frazaları yayaraq və suiqəst edən yeniyetmələri ucaldaraq, uşaqları yanlış yola itələyirik” – deyirlər psixoloqlar.
Uşaq psixisatrı Davit Zurabişvilinin dediyinə görə, çətinliyi olan uşaqla mütləq söhbət etmək və onu dinləmək lazımdır.
“Suiqəst edən yeniyetmə özünü yalnız hiss etməsə idi, bəlkə də indi sağ qalardı. Uşağı ilk növbədə qucaqlamaq və ona sevgi göstərmək lazımdır” – dedi psixoloq.