Pşaveli-Abano-Omalo yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib
Pşaveli-Abano-Omalo yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin, Avtomobil Yolları Departamenti tərəfindən verilən məlumatda, yağış nəticəsində daxili dövlət əhəmiyyətli Pşaveli-Abano-Omalo avtomobil yolunun 26km-42km olan hissəsində, məcrasından çıxmış çayın yolun hərəkət hissəsini basdığı, bu səbəbdən də müvafiq tədbirlər görülənə qədər sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir.

Qurumdan verilən məlumatda, eyni yolun 12 km- 26 km olan hissəsində yalnız iki və ya üç oxlu avtomobillərin hərəkətinə icazə verildiyi, digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi qeyd olunub.

Bundan əlavə, 1km-11km (Pşaveli-Leçuri) olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.