Proqnozlara əsasən, Gürcüstanda insanların yaşama müddəti artır
Proqnozlara əsasən, Gürcüstanda insanların yaşama müddəti artır

Gürcüstan iqtidarı əhalinin yaşlanması məsələləri haqqında dövlət siyasəti konsepsiyasının 2017-2018-ci illərin milli fəaliyyət planını təsdiqlədi.

Sənəd Gürcüstanın qanunverici orqanınln gündəmində bugün yayıldı.

İki illik plan əhalinin yaşlanması prosesləri haqqında statistika məlumatının təkmilləşdirilməsini də nəzərdə tutur.

Sənəd həmçinin, müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərədə tutur. Onların arasında pensiya islahatının hazırlanması, yaşlı insanların işlə təmin edilmə inkanlarının dəyərləndirilməsi və yaşlıların tələblərinə görə, uyğunlaşdırılmış xidmətlərin inkişafı və müvafiq standartlar sxeminin hazırlanması da var.

“Əhalinin yaşlanması prosesi Gürcüstanda sürətli templərlə gedir. BMT-nin əhali fonduna (UNFPA) görə, Gürcüstanda 65 yaşından yuxarı olan əhalisinin sayı 2030-ci il üçün 14%-dən (2015-ci il) 21%-ə qədər yüksələcək.

Proqnozlara görə, Gürcüstanda doğulanların yaşama müddətləri, hansı ki, 2010-cu il üçün, qadınlarda 78 yaş idi, kişilərdə isə, 71 yaş, 2030-cu il üçün, qadınlar üçün 80 yaşa, kişilər üçün isə, 73 yaşa qədər artacaq” – deyilir sənəddə.

Gürcüstanda əhalinin yaşlanması məsələləri üzrə dövlət siyasəti konsepsiyasının 2017-2018-ci illərin fəaliyyət planını monitorinqini və dəyərləndirilməsini Gürcüstanın Səhiyyə Nazirliyi həyata keçirəcək.