Prokurorluğun tələbinin qane edildiyi təqdirdə Pirosmaninin "quzu" əsəri sahibinə qaytarılacaq
Prokurorluğun tələbinin qane edildiyi təqdirdə Pirosmaninin "quzu" əsəri sahibinə qaytarılacaq

Gürcüstanın baş prokurorluğu keçən illərdəki hüquqi prosesdə verilən səhvlə bağlı yeni istintaq aparır.

Prokurorluqda bəyan edirlər ki, əgər məhkəmə prokurorluğun tələbini qəbul etsə, hazırda dövlət balansında olan, Pirosmaninin “quzu” adlı əsəri əsl sahibinə qaytarılacaq.

Haqqında ədalətsiz qərar verilən Mzia Şalvaşvilinin işi ilə bağlı yeni və obyektiv istintaq aparılır. İşlə bağlı yeni şahadlar sorğulandılar və digər istintaq tədbirləri həyata keçirildi.

2012-ci ilin iyunun 5-də Mzia Şalvaşvili qeyri-qanuni gəlirin leqalizasiyası ilə ittiham edilmişdi. İttihama görə, o 2008-2009-cu illərdə antikvar əşyalar salonunun rəhbəri vətəndaş Damiane Alaniaya, hansı ki, Niko Pirosmani əsərinin sahibi idi, saxta sənədlər hazırladı ki, guya Damiane Alania Pirosmani əsərini onun salonundan almışdı.

Bu yolla, Mzia Şalvaşvili Damiane Alananiaya qeyri-qanuni şəkildə əldə edilən mülkə sahib olmasına yardımçı oldu.

Məhkəmə qərarı ilə, Mzia Şalvaşviliyə bir il həbs cəzası verildi və Prosmaninin əsəri dövlətə tapşırıldı.

Yeni departament tərəfindən keçirilən istintaq nəticəsində məlum oldu ki, ittiham edilən Mzia Şavişvili suçsuz idi və aşkarlanan dəlillərə görə, Niko Pirosmaninin əsəri həqiqətən öz sahibinə aid idi.

Əgər məhkəmə prokurorluq tərəfindən keçirilən istintaqın nəticələrini və tələbini qəbul etsə, “Quzu” əsəri sahibinə qaytarılacaq.