Prokurorluqda Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Niderlandın səlahiyyətli orqanlarına müraciət etdiklərini bildirirlər
Prokurorluqda Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Niderlandın səlahiyyətli orqanlarına müraciət etdiklərini bildirirlər

 
Gürcüstan Prokurorluğu Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Niderlandın səlahiyyətli orqanlarına müraciət edib. Bu barədə Gürcüstan Prokurorluğunda bildiriblər.

“Gürcüstan Prokurorluğu öz səlahiyyətləri çərçivəsində Gürcüstanda cinayət törətmiş şəxslərin harada olmasından asılı olmayaraq, gürcü ədalət sisteminin qarşısına çıxarılması üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirir. Bu halda da, ictimai şəkildə yayılmış məlumat əsasında prokurorluq Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Niderlandın səlahiyyətli orqanlarına müraciət edib.

Gürcüstanın keçmiş baş prokuroru və keçmiş ədliyyə naziri Zurab Adeişvili Ukraynanın baş prokuroru ilə birlikdə Haaqadadır.

Zurab Adeişvili Gürcüstanda bir neçə iş üzrə ittiham olunub, bir neçə iş üzrə isə barəsində həbs hökmü çıxarılıb.